18 iyun 2015 10:45

Şahin Diniyev: Fiziki baxımdan güclü olan rəqibə qarşı oynamaq çətin idi

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Farer adaları ilə qarşılaşan 21 yaşadək futbolçulardan ibarət komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Danimarkada təşkil edilən təlim-məşq toplanışında, eləcə də rəsmi oyunda U-21-in yanında olan AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev azerisport.az saytına açıqlamasında fikirlərini bölüşüb:

“İyunun 10-dan komandanın düşərgəsindəyəm. Komandanın məşq proseslərində yaxından iştirak edirdim. Yaxşı bir əhval-ruhiyyə ilə başladıq. Ağır oyun oldu. Farer adalarında həm dağlıq şəraitdə, həm süni örtükdə, eləcə də atletik və fiziki baxımdan güclü olan rəqibə qarşı yaxşı oynamaq çətin idi. Rəqib atletik baxımdan bizdən qat-qat üstün idi. Mübarizələrdə çətinlik çəkirdik. Bununla belə, komandamız əsl xarakter göstərdi, “döyüşdü”, ağır da olsa, qələbə qazandı. Seçmə mərhələyə qələbə ilə start vermək komandada yaxşı motivasiya yaradacaq.

Ümumiyyətlə U-21-in heyətində perspektiv vəd edən, gələcəyimizi təmin edən yetərincə futbolçu var. Sadəcə, onlar üzərlərində çox işləməlidirlər. Bu gün yığmamız komanda şəklində mübarizə aparrdı, nəyə qadir olduğunu göstərdi. Qazanılan 3 xal münasibəti ilə U-21-in məşqçi heyətini və futbolçuları təbrik edirəm”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.