Azərbaycan yaxın illərdə ÇL və ya Avroliqanın finalına ev sahibliyi etməyə iddialıdır
Tanınmış Goal.com portalı Avropa Oyunları ilə bağlı material hazırlayıb. Azerisport.az xəbər verir ki, sözügedən materialda Azərbaycan paytaxtının qitənin futbol üzrə böyük turnirlərinə ev sahibliyi etmək şanslarından da söz açılıb:
"Tarixə ilk Avropa Oyunları kimi düşən Bakı-2015-də 20 idman növü üzrə 6000-dən çox idmançı iştirak edir. Bu idman növləri arasında çimərlik futbolu da var. Bakıdakı yeni Olimpiya stadionu həmçinin AÇ-2020-nin üç qrup və bir 1/4 final matçına ev sahibliyi edəcək. Amma Azərbaycan yaxın illərdə klub futbolu üzrə turnirləri də qəbul etməyə ümid edir".
AFFA-nın baş katibi Elxan Məmmədov sözügedən portala açıqlamasında o, belə danışıb: "Artıq bizim 68 min azarkeş tutumu olan stadionumuz var. Bu, regiondakı ən böyük arenadır. Niyə də biz Avropa Liqasının, Çempionlar Liqasının finalına iddia etməyək?"
