17 iyun 2015 18:40
Vüqar Nadirov: Demək olar ki, XL ilə razılaşmışıq, amma müqavilə imzalamamışıq
Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov "Xəzər Lənkəran"a keçməyə çox yaxındır. "Qarabağ"ın sabiq futbolçusu azerisport.az saytına açıqlamasında bunu təsdiqləyib:
"Demək olar ki, "Xəzər Lənkəran"la razılığa gəlmişik. Amma hələ müqavilə bağlamamışıq. Böyük ehtimalla sabah müqavilə imzalanacaq. Ya ilyarım, ya da iki illik müqavilə bağlayacağıq".
