17 iyun 2015 16:00
Qurbanov Qarabağda qaldı
"Qarabağ" İlqar Qurbanovu heyətində saxlayıb. Azerisport.az xəbər verir ki, həm müdafiə, həm də yarımmüdafiədə çıxış edən futbolçunun bu yay Ağdam klubu ilə yollarını ayırması gözlənilirdi.
Amma tərəflər arasında danışıqlar uğurlu alınıb. Nəticədə, İlqar daha bir il "Qarabağ"da qalmağa qərar verib.
Qeyd edək ki, Qurbanovun "Xəzər Lənkəran"a keçəcəyi bildirilirdi.
