17 iyun 2015 14:20
Emin Mehdiyev Neftçidən gedəsi olmadı
"Neftçi"nin yarımmüdafiəçisi Emin Mehdiyev paytaxt klubundan getməyə hazırlaşırmış. Azerisport.az xəbər verir ki, futbolçu bu məqsədlə klub rəhbərliyi ilə görüş keçirib.
Lakin rəhbərlik onu komandada qalmağa razı sala bilib. Artıq tərəflər razılığa gəliblər və futbolçu komanda ilə birgə Avstriya toplanışına yollanıb.
