17 iyun 2015 12:30
İnter AZAL-ın futbolçusu ilə müqavilə imzaladı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" daha bir transfer edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Zaur Svanadze AZAL-ın futbolçusu Laşa Kasradzeni komandasına dəvət edib.
Artıq gürcü futbolçu paytaxt klubu ilə 1 illik müqavilə imzalayıb.
