17 iyun 2015 12:15
Neftçi Rumıniya klubu ilə qarşılaşacaq
"Neftçi"nin Avstriya toplanışı çərçivəsində qarşılaşacağı rəqibləri müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Albaniya və Rumıniya təmsilçiləri ilə qarşılaşacaq.
İlk yoxlama matçı iyunun 21-də baş tutacaq. 3 gün sonra isə rumınlarla görüş keçiriləcək.
Qeyd edək ki, iyunun 27-də Samir Əliyevin komandasını Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yoxlama görüşü gözləyir.
