17 iyun 2015 11:20
Qarabağın müdafiəçisi Kəpəz yolunda
"Qarabağ"ın müdafiəçisi Şəhriyar Əliyev qarşıdakı mövsümü "Kəpəz"də keçirəcək. Azerisport.az xəbər verir ki, tərəflər artıq bu keçidlə bağlı razılığa gəliblər.
Futbolçu özü saytımıza açıqlamasında bunları söyləyib: "Demək olar ki, artıq razılıq əldə olunub. Məsələ 99 faiz öz həllini tapıb və qarşıdakı mövsümü icarə əsasında "Kəpəz"də keçirəcəyəm. Hazırda mən pulu yox, oynamağı düşünürəm".
