17 iyun 2015 00:25
Dadaşov Tailand klubuna keçə bilər
Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov karyerasını Tailand çempionatında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Almaniyanın "Saarbryuken" klubundan ayrılan futbolçumuza Tailand təmsilçilərindən biri elçi düşüb.
Amma Dadaşovu heyətində görmək istəyənlər arasında Avstriya klubu da var. Hazırda Rüfət ona olan təklifləri götür-qoy etməklə məşğuldur.
