16 iyun 2015 19:30
Nadirov Neftçiyə keçməyə yaxındır
"Qarabağ"la yollarını ayıran Vüqar Nadirov karyerasını "Neftçi"də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının da şərəfini qoruyan hücumçu paytaxt klubuna keçməyə çox yaxındır.
Nadirovla sabiq klubu "Xəzər Lənkəran" da yaxından maraqlanırdı. Lakin böyük ehtimalla Vüqar seçimini "Neftçi"nin lehinə edəcək. Bakılılar millimizin bəstəboy hücumçusuna "1+1" şərti ilə müqavilə təklif ediblər.
