16 iyun 2015 13:00
Əfran İsmayılov: Norveç klubunun təklifi barədə düşünürəm
Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılov Norveçin "Stremsqodset" komandasından təklif alıb. Azerisport.az saytına bunu futbolçunun özü bildirib:
"Mənə bu klubdan təklif gəlib. Komanda bir müddət əvvəl Norveç çempionu olub. Hələ cavabımı verməmişəm. Düşünürəm. Öncə məsləhətləşməliyəm. Çünki Türkiyə klublarından da təkliflər var".
