16 iyun 2015 00:05

Qəbələ Türkiyə klubuna qalib gəldi

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” Ərzurumun U-21 komandası ilə qarşılaşıb.

Komandanın baş məşqçisi Roman Qriqorçuk milli üzvlərinin iştirak etmədiyi matçda yeni transferlərə və əvəzedici heyətin üzvlərinə də şans verib.

“Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Vitali Vernidub, Rafael Santos, Yusif Nəbiyev, Qismət Alıyev, Aleksey Qay, Samr Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Roman Hüseynov.

“Qəbələ” qarşılaşmaya erkən qolla başlayıb. Matçın 3-cü dəqiqəsində Qay fərqlənib. Meydan sahibləri 38-ci dəqiqədə Hasan Kadakın penalti zərbəsi ilə hesabda tarazlıq yaradıb. Qarşılaşmada hər 3 qapıçıya oyun praktikası qazanmaq imkanı yaradan mütəxəssis əvvəl Dmitri Bezotosnını Anar Nəzirola, 2-ci hissədə isə sonuncunun əvəzinə Andrey Popoviçi meydana buraxıb. Fasilədən sonra Murad Musayev Vitali Vernidubu, Emin Zamanov Yusif Nəbiyevi əvəzləyib. Oyunun ilk yarısında olduğu kimi ikinci hissədə də fəallıq nümayiş etdirən “qırmızı-qaralar” istəyinə 55-ci dəqiqədə çatıb. Matçın 55-ci dəqiqəsində fərqlənən Qay dublunu rəsmiləşdirib. Ukraynalı yarımmüdafiəçi penalti zərbəsini dəqiq yerinə yetirib. Bu qoldan sonra komandamız fərqi artırmağa çalışsa da, meydan sahiblərinin qapısına yol tapa bilməyib.

Beləliklə, “Qəbələ” 2015/16 mövsümünün hazırlığı çərçivəsində ilk oyununda 2:1 hesabı ilə qalib gəlib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.