15 iyun 2015 19:00
Gürcü müdafiəçi: İnter mənimlə müqavilə bağlamaq istəyir
Gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskiri Bakı "İnter"inə mümkün keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"i yaxşı tanıyıram. Bilirəm ki, bu komandada gürcü futbolçular çıxış edirdi, baş məşqçiləri də gürcü idi. Bəli, bu klub mənimlə müqavilə bağlamaq istəyir. Hər şeyə yaxın zamanda aydınlıq gələcək. "Dila" ilə Gürcüstan çempionu oldum, Çempionlar Liqasında çıxış etmək şansım var. ÇL-də oynamağı çox istəyirəm. Amma legionerlər də bunu istəyirlər. Hazırda 23 yaşım var. Bu yaşda hansısa komandaya keçsəm, burada maliyyə amili heç bir önəm kəsb etməyəcək. Ölkə xaricində oynamaq istəyirəm ki, təcrübə toplayım. Məhz bu üzdən "İnter"ə keçə bilərəm".
