15 iyun 2015 16:00
Norveç Futbol Federasiyasının prezidenti: Baş məşqçini qovmaq düzgün olmazdı
Norveç Futbol Federasiyasının prezidenti İnqve Hallen bəyan edib ki, onlar yığma komandanın baş məşqçisi Per-Matias Heqmonu istefaya göndərməyə hazırlaşmırlar. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında belə deyib:
"Biz Heqmonun mümkün istefasına baxmırıq. Hazırda seçmə mərhələ davam edir. Biz hələ yolun yarısındayıq. İndi baş məşqçini postundan uzaqlaşdırmaq düzgün olmazdı. Özü də hər şey öz əlimizdədir. Komandamız AÇ-nin final mərhələsinə vəsiqə qazana bilər".
