15 iyun 2015 15:00
Neftçi Dneprin forvardını alır
"Neftçi" yeni hücumçu ilə güclənməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu Ukrayna "Dnepr"ində forma geyinən Bayram Budaqovu heyətinə qatmaq arzusundadır.
21 yaşlı forvard hazırda klubsuzdur. Azərbaycanın gənclərdən ibarət yığmasına da çağırılan futbolçu "Dnepr"də əvəzedici heyətdə çıxış etsə də, əsas komandaya cəlb olunmurdu.
