15 iyun 2015 11:45
AZAL Türkiyə klubunun sabiq üzvünü heyətinə qatdı
AZAL heyətini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Ayaz Mehdiyevi heyətinə qatıb.
Son klubu Türkiyənin "Girəsunspor" klubu olmuş yarımmüdafiəçi xeyli müddət idi ki, işsiz qalmışdı. "Təyyarəçilər" azad agent statusuna malik futbolçu ilə bir illik müqavilə imzalayıblar.
