15 iyun 2015 11:30
Draqan Çeranın yeni klubu müəyyənləşdi
"Simurq"la yollarını ayıran Draqan Çeran özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, serbiyalı futbolçunun "Xəzər Lənkəran"a keçidi gündəmdə olsa da, o, fərqli addım atıb.
Belə ki, Çeran bundan sonra Səudiyyə Ərəbistanı "Hadjer"ində çıxış edəcək. Artıq hücumçu bu klubla müqavilə də imzalayıb.
Xatırladaq ki, Çeran son iki mövsümdə "Simurq"un şərəfini qorumuşdu.
