15 iyun 2015 11:00

Popoviç: Kim güclüdürsə, o da şans qazanacaq

2015-2016 mövsümünə hazırlığı Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının I hissəsinin 5 gününü arxada qoyub. Azerisport.az xəbər verir ki, mövsümlərarası fasilədə “qırmızı-qaralar”a qoşulan Andrey Popoviç Türkiyə toplanışı ilə bağlı fikirlərini klub saytına açıqlayıb:

“Hazırlığımızı gündə iki dəfə məşq keçməklə davam etdiririk. Qısa yay fasiləsindən sonra yeni komandanın düşərgəsinə qoşulmuşam.  İstirahətdən sonra məşqlərə başlamaq bir az ağır olur. Amma vaxt keçdikcə, uyğunlaşırsan. Çox şadam ki, "Qəbələ" kimi hədəfləri böyük olan komandaya cəlb olunmuşam. “Qəbələ” mənim üçün yeni komanda olsa da, bu klubda çıxış edən futbolçuların əksəriyyətini çoxdan tanıyırdım. Üstəlik, komandada ukraynalı məşqçilər və futbolçular da var.  Bütün bunlar komandaya qısa zamanda uyğunlaşmağıma kömək etdi”.

Popoviç daha iki qapıçısı olan komandadakı rəqabətin faydasından və qolkiperlərlə çalışan məşqçi Andrey Qluşenko haqda  fikirlərini bölüşüb: “Qəbələ”nin qapıçılarla çalışan məşqçisi Andrey Qluşenkonun hazırlıq proqramı ilə tanış oldum. İndiyədək belə məşq proqramı görməmişdim. Belə hazırlıq prosesinə uyğunlaşmaqda Qluşenkonun özü də kömək etdi. O, mənə dəstək olur. Mən “Qəbələ”yə keçəndə bilirdim ki, bu komandada Dmitri Bezotosnı, Anar Nəzirov kimi qapıçılar var. Bu üzdən də rəqabətin olacağını bilirdim. Kim güclüdürsə, o da şans qazanacaq. Lakın bura yeni gəldiyimdən qısa müddətdə rəqabətdən danışmaq tezdir. Ümumilikdə rəqabət futbolçuların yalnız xeyrinə olur. Bu, müsbət məqamdır”.

Azərbaycan millisinin oyun və təlim-məşq toplanışlarında iştirak edən Popoviç Serbiya və Norveçlə keçirilən matçlara dəvət almayıb. Bunun səbəbini açıqlayan qapıçı yenidən yığmaya qayıtmaq üçün əlindən gələni edəcəyini bildirib: “Mövsümün sonunda klubun heyətində oynamadığım üçün Azərbaycan millisinin Serbiya və Norveçlə oyunlarına dəvət almadım. Amma baş məşqçi Robert Prosineçki əvvəl məni heyətə daxil etmişdi. O, elə məşqçidir ki, klubunda çıxış etməyən futbolçunu milliyə cəlb etmir. Hətta yığmanın əsas heyət üzvləri də ilk növbədə klubunda oyun praktikası qazanmalıdı. Mənim də hədəfim “Qəbələ”də əsas heyət qapıçısı kimi möhkəmlənib, yenidən yığmaya qayıtmaqdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.