15 iyun 2015 00:35

Qara Qarayev: Fortuna bizdən üz çevirməsəydi, Osloda qol vura bilərdik

Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayevin azerisport.az saytına müsahibəsi

- Norveçlə səfər heç-heçəsi barədə nə deyə bilərsiniz?
- Bu oyuna yaxşı hazırlaşmışdıq. Baş məşqçimizin bizə olan inamı nəticəsinə heç-heçəyə nail ola bildik. Çox ağır oyun oldu. Bəzi epizodlarda bəxtimiz də gətirdi. Amma fortuna bəzən bizdən də üz döndərirdi. Əks halda yığmamız qol vura bilərdi.

- Belə uğurlu çıxışınızın əsas sirri nədədir?
- Biz qorxmurduq, sakit oynayırdıq. Robert Prosineçki də bizdən bunu tələb edir. Bunun heç-heçədə payı az olmadı.

- Sanki Norveçin bizim yığmadan elə oyun gözləmədiyi hiss olunurdu...
- Norveçlilərin hava toplarında uğurlu çıxış etdiyini bilirdik. Amma hər şeyə hazır idik.

- Rəqib futbolçu topu qapı çatına vuranda, hesabın açılacağını düşünmədiniz?
- Hə, bir qədər qorxdum. Amma səfərdə belə yaxşı oyun sərgilədikdən sonra son dəqiqə qolu ilə xalsız qalmaq çox üzücü olardı.

- Sizə elə gəlmir ki, yığmamıza bu oyunda yaxşı hücumçu lazım idi?
- Ruslan Qurbanovun əziyyətini yerə vurmaq istəməzdim. O, yaxşı oynadı. Sadəcə, son nöqtəni qoya bilmirdi.

- Martin Edeqora qarşı oynamaq çətin idi?
- Ona qarşı oynamaq mənim üçün xoş idi. Ola bilər ki, o, gələcəyin ən yaxşı futbolçusu olacaq. "Real" kimi komandanın futbolçularına qarşı mübarizə aparmaq hamı üçün çətin olur.

- Komandadan uğurlu çıxışın davamını gözləyə bilərik?
- Mənə elə gəlir ki, biz evdəki oyunlarda rəqiblərimizdən xal ala biləcəyik. Artıq sentyabrdakı oyunu düşünməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.