15 iyun 2015 00:05
Neftçi Macarıstan və Albaniya klubları ilə qarşılaşa bilər
"Neftçi" Avropa Liqasına və yeni mövsümə Avstriyada hazırlaşacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq bu toplanış çərçivəsində yoxlama oyunu keçirmək üçün potensial rəqibləri ilə danışıqlara da başlayıb.
"Ağ-qaralar" iyunun 21-də yoxlama oyunu keçirəcək. Həmin gün bakılılar Macarıstan klubu ilə qarşılaşmağı planlaşdırır. Bundan üç gün sonra isə Albaniya təmsilçisi ilə sınaq matçı baş tutmalıdır.
Qeyd edək ki, Samir Əliyevin rəhbərlik edəcəyi komandanın iyunun 27-də Donetsk "Şaxtyor"u (Ukrayna) ilə qarşılaşacağı dəqiqdir.
