14 iyun 2015 13:00

Eddi İsrafilov: Elə bir komandaya keçmək istəyirəm ki, orada oynaya bilim

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov gələcək karyerası ilə bağlı İspaniya mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, müqavilə ilə "Mursiya"ya məxsus olsa da, son mövsümü icarə əsasında "Qranada"da keçirən futbolçu öncə bunları söyləyib:

"Karyeramı harada davam etdirəcəyimi hələ bilmirəm. Bütün işlərimlə menecerim məşğul olur. Hazırda məni daha çox fiziki formam narahat edir. Çünki zədəmi yeni sağaltmışam və bu üzdən fiziki kondisiyalarımı yaxşılaşdırmağıma ehtiyac var. Yeni klubuma gəlincə, elə bir komandaya keçmək istəyirəm ki, orada oynaya bilim və gələcək üçün hər şey yaxşı olsun".

Gənc xavbekin keçməsi ehtimal olunan komandaladan biri "Almeriya"dır. Hansı ki, futbolçumuz özü elə həmin komanda ilə eyni adı daşıyan bölgədə anadan olub, böyüyüb. Üstəlik, Eddi özü də bu komandaya simpatiyasının olduğunu gizlətmir: "Elədir. İmkan olan kimi bu komandanın oyunlarına gedirəm. Amma "Almeriya"ya keçəcəyimə dair dəqiq bir söz deyə bilmərəm. Bilirəm ki, yaxşı komandadır, yaxşı baş məşqçisi var. Vaxtilə Sequnda Liqada onlara qarşı oynamışam".

Eddi İspaniyanın üçüncü liqasında çıxış edən "Mursiya"ya qayıtmaq fikrində olmadığını bəyan edib: "Sequnda B-də çıxış etməkdə nə mən, nə də klub maraqlıdır".

23 yaşlı futbolçu son mövsümün böyük hissəsini zədə səbəbindən buraxmasından da danışıb: "Mövsümün böyük hissəsini zədəmi sağaltmaqla keçirdim. Ağır zədə oldu. Dörd ay oynamadım. Artıq tam bərpa olmuşam. Son bir ayda "Qranada" ilə məşq etmişəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.