14 iyun 2015 11:15
Norveçlilər Azərbaycanla heç-heçəyə görə baş məşqçinin qovulmasını istəyir
Norveçli azarkeşlər bu ölkənin futbol yığmasının baş məşqçisi olan Per-Matias Heqmonun istefasını istəyir. Azerisport.az xəbər verir ki, buna səbəb Norveç yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla ev oyununda qələbə qazana bilməməsidir (0:0).
Belə ki, yerli saytlardan biri "vikinqlər"in bu oyundakı xal itkisindən sonra azarkeşlər arasında sorğu keçirib. Sorğuya qatılan 10 000 nəfərdən 8 minə yaxını baş məşqçi dəyişikliyinin tərəfdarı olduğunu bildirib.
