14 iyun 2015 10:45
İnter Gürcüstan çempionu ilə güclənir
Bakı "İnter"i daha bir transfer etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək paytaxt klubu Nika Kvekveskiri ilə güclənməyə yaxındır.
Bu futbolçunu komandanın yeni baş məşqçisi Zaur Svanadze gətirir. Son klubu "Dila" olan futbolçu geridə qoyduğumuz mövsümdə Gürcüstan çempionu adını qazanıb. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Nika ölkəsinin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geysə də, əsas millidə çıxış etməyib.
Qeyd edək ki, "İnter" hələlik, yalnız Mirhüseyn Seyidov və Yuri Fomenkonu heyətinə qata bilib.
