13 iyun 2015 17:40

Elxan Məmmədov: Millinin hələ qrup üçüncüsü olmaq şansı qalır

AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, qolsuz bitən qarşılaşma ilə bağlı öncə bunları söyləyib:

"Əsas odur ki, vətənə əliboş qayıtmırıq. Səfərdən bir xalla qayıdırıq. Bu xal bizim üçün çox vacibdir. Çünki səfərdə oynayırdıq. Özü də Norveç yığması qrupdan çıxmaq uğrunda mübarizə aparır. Robert Prosineçkinin də dediyi kimi, bu qələbəni Bakıda təşkil olunan Avropa Oyunlarına həsr edirik".

Məmmədovun sözlərinə görə, komandamız ilk 45 dəqiqədə daha yaxşı oynayıb: "Hər iki  hissədə yaxşı təsir bağışladıq. Amma ilk yarının daha uğurlu alındığını düşünürəm. Komandamız bu oyunda öz dişini göstərməyi bacardı. Əsas odur ki, qol buraxmadıq, səfərdə bir xal qazandıq. Bu, bizim üçün kiçik uğur deyil. Baxmayaraq ki, qələbəyə də ümidli idik".

AFFA-nın baş katibi komandamızın qrup üçüncüsü olmaq şanslarından da söz açıb: "Nəzəri cəhətdən hələ şansımız qalır. Yeni baş məşqçi ilə ikinci rəsmi oyunumuzda da uduzmamağımız məni daha çox sevindirir".

"Robert Prosineçki tsiklin əvvəlindən yığmamıza rəhbərlik etsəydi, nəticələrimiz fərqli olardımı" sualına Məmmədovun cavabı belə oldu:

"Hər şey ola bilərdi (gülür). Amma o, öz işinə bu ildən başlayıb".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.