13 iyun 2015 17:20
Julius Vobay Qəbələyə keçə bilər
Syerra-leoneli yarımmüdafiəçi Julius Vobay karyerasını "Qəbələ"də davam etdirə bilər. Azerisport.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi bölgə təmsilçisinin baş məşqçisi Roman Qriqorçukun xoşuna gəlir.
Bu üzdən də "Qəbələ"nin təcrübəli futbolçunu heyətinə qatması gözlənilir. Amma hələ bu məsələyə tam aydınlıq gəlməyib.
Qeyd edək ki, Vobay son mövsümü "Neftçi"də keçirsə də, klubla müqaviləsinin müddəti başa çatıb və istisna deyil ki, o, başqa bir komandaya keçsin.
