13 iyun 2015 17:10
Pal-Andre Helland: Azərbaycana qol vurmağa borclu idim
Norveç yığmasının hücumçusu Pal-Andre Helland AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan yığmasına qol vurmağa borclu idim. Bunun üçün əla imkan da var idi. Amma son anda çox pis zərbə vurdum. Nəticədə top istədiyim yerə yox, qapının üstündən getdi".
