13 iyun 2015 15:10

Mirhüseyn Seyidov: İnterə keçməyə söz vermişdim, bu sözümü də tutdum

"İnter"in yeni transferi Mirhüseyn Seyidov paytaxt klubuna keçidindən danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Artıq yarım illik müqavilə bağlamışıq. Seçimimdə maliyyə amilinin heç bir əlaqəsi yoxdur. Digər variantlar da var idi. Hətta "İnter" digər klublardan az pul təklif edirdi. Amma bu komandanın Avropa Liqasına vəsiqə qazanması seçimimə təsir etdi. Hər şey yaxşı olsa, müqavilənin müddətini mövsümün sonunadək də artırmaq olar. Bunların hamısını müzakirə etmişik. Düzdür, indi komandanın çətinlikləri var. Bir yerli futbolçu kimi komandaya bu çətin vəziyyətində kömək etmək istədim. Bura futbol oynamağa gəlmişəm. Pul mənim üçün üçüncü plandadır. Hətta "Neftçi"də olanda da heç kimlə pul söhbəti etmirdim. Nə qədər pul aldığımı ilk maaşımda bilmişdim".

Seyidov komandanın yeni baş məşqçisi Zaur Svanadze ilə görüşdüyünü də bildirib: "Görüşümüz olub. Məni yaxşı qarşıladı. Bildirdi ki, sən bizim komandada görmək istədiyimiz futbolçulardandır. Oyunumu xoşladığını söylədi. Komandadakı problemlərdən o da danışdı. Artıq toplanışa gecikirik. Qarşıda Avropa Liqasının püşkatması var. Onu gözləyirik".

23 yaşlı futbolçu AZAL və "Zirə"yə keçəcəyi barədə xəbərlərə də münasibət bildirib: "AZAL-ın baş məşqçisi Tərlan Əhmədovla görüşdüm, söhbət etdim. O, bildirdi ki, səni komandada görmək istəyirəm. "Zirə" ilə də danışdım. Amma klubsuz olduğum dövrdə ilk təklifi mənə "İnter" etmişdi. Bir həftə düşünəndən sonra danışıqlara başladıq. Orada söz verdiyim insanlar vardı. Bir daha qeyd edirəm ki, "İnter"ə Avropa Liqasında oynamaq üçün gəlmişəm. "İnter"ə keçəcəyimə söz vermişdim, ona görə də sözümü tutdum".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.