Rəşad Sadıqovdan 100 faizlik göstərici
Azerisport.az sizi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Norveç - Azərbaycan matçının (0:0) statistikası ilə tanış edir.
Norveç - Azərbaycan
Qol: 0-0
Qapıya zərbə (çərçivəyə): 15 (4) – 11 (0)
Korner: 7-2
Ofsayd: 2-4
Sarı vərəqə: 0-1
Qırmızı vərəqə: 0-0
Qayda pozuntusu: 12-11
Topa sahibolma: 52-48
Fərdi göstəricilərə görə, komandamızın kapitanı Rəşad Sadıqov ötürmələrdə 100 faizlik göstəriciyə imza atıb. Onun 42 ötürməsinin hamısı dəqiq ünvanına çatıb.
Eyni göstəriciyə millimizin forvardı Vüqar Nadirovla rəqib komandanın üzvü Maqnus Eykrem də imza atıb. Amma onlar meydana ikinci hissədə çıxıblar. Eykrem 13, Vüqar 1 dəqiq ötürmə ilə 100 faizlik göstəriciyə nail olub.
Ötürmələrdə ən pis göstərici yığmamızın qapıçısı Kamran Ağayevə (30%) və rəqib komandanın üzvü Coşua Kinqə məxsusdur (71%).
