13 iyun 2015 11:20
Rəşad Sadıqov: Çox vacib xal qazandıq
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Çox vacib xal qazandıq. Bu gün Azərbaycanda bayram var idi - Avropa Oyunlarının açılışı idi. Açılışın əvvəlinə baxa bildik. Ondan sonra biz də xalqımızı sevindirmək istəyirdik. Fikrimcə, bizdə oyun planında çox irəliləyiş var".
