13 iyun 2015 11:10
Əsas millimizin 4 üzvü U-21-ə qoşuldu
Azərbaycan milli komandasının heyətində təlim-məşq toplanışında olan 4 futbolçu - Elvin Camalov, Elnur Cəfərov, Coşqun Diniyev ve Emil Balayev bu gündən etibarən Danimarkada toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq prosesinə qoşulacaqlar. Azerisport.az xəbər verir ki, U-21 iyunun 17-də AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində səfərdə Farer adaları yığması ilə qarşılaşacaq.
