13 iyun 2015 11:00

Robert Prosineçki: Belə bir gündə uduza bilməzdik

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:

"Komandamı yaxşı oyuna görə təbrik edirəm. Çətin oyun olacağını bilirdik. Norveç çox güclü komandadır. Amma futbolçularımız bu oyunda çox yaxşı top saxladılar. Üstünlük bizim tərəfimizdə olanda qol şanslarımız da var idi. Rəqibin ucaboy hücumçularının öhdəsindən gələ bildik. Biz bu bir xala layiq idik. Yaxşı oyun sərgilədik. Ədalətli nəticə oldu".

Prosineçkinin sözlərinə görə, milli azarkeşləri üzmədi: "Bu gün Azərbaycan üçün vacib gündür. İlk dəfə təşkil olunan Avropa Oyunlarının açılış mərasimi də bu günə təsadüf etdi. Bilirdik ki, açılış mərasimindən sonra hamı bizim oyunumuza baxacaq. Belə bir gündə uduza bilməzdik. Fikrimcə, azarkeşlər də bizim oyunumuzdan razı qaldılar. Bu nəticəni Azərbaycan xalqına həsr edirik. Belə oyundan, belə nəticədən sonra evə dönmək çox xoşdur".

Baş məşqçi milli üvlərinin çıxışına da toxunub: "Bu gün Əfran İsmayılov çox yaxşı oynadı. Onun gələcəkdə də belə oynayıb-oynamayacağını bilmirəm. Bizim növbəti rəqibimiz qrupun favoriti olan Xorvatiyadır. Hələ bu oyuna hazırlaşmaq üçün vaxtımız var. Cavid Hüseynov bu gün Malta ilə görüşdə çıxış etdiyi mövqedə deyildi. Amma onun da oyunundan razı qaldım".

Prosineçki hücum xəttindən də razı qaldığını bildirdi: "Unutmayaq ki, bu gün çox güclü rəqibə qarşı oynayırdıq. Onlar doğma meydanda daha yaxşı oynayırlar. Düzdür, bizim hücum xəttimizdə problem var. Amma yeganə hücumçumuz olan Ruslan Qurbanovdan razı qaldım. O, çalışırdı, qol vəziyyətləri yaradırdı, müdafiəyə də kömək edirdi. Amma hücumçu axtarışımızı davam etdirəcəyik".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.