13 iyun 2015 01:55
Mahmud Qurbanov: Norveçə həm uduza, həm də qalib gələ bilərdik
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
"Komandamız layiqli oyun sərgilədi. Fikrimcə, nəticə oyuna görə oldu. Bu gün həm qalib gələ, həm də uduza bilərdik. Hesab edirəm ki, çox yaxşı nəticəyə nail olduq".
