13 iyun 2015 00:35
Qəbələnin sabiq forvardı Qazaxıstan klubu ilə anlaşdı
"Qəbələ"nin sabiq hücumçusu Ruslan Fomin özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, ukraynalı forvard bundan sonra Qazaxıstanda top qovacaq.
Belə ki, bu yay Azərbaycan klubu ilə yollarını ayıran futbolçu sözügedən ölkənin "Atırau" komandası ilə anlaşıb. Bu barədə məlumatı futbolçunun meneceri Vadim Şabliy sosial şəbəkədəki səhifəsində açıqlayıb.
