12 iyun 2015 20:45

Qəbələnin yeni baş məşqçisi müəyyənləşdi

“Qəbələ”nin əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu vəzifəyə Ramin Quliyev təyin edilib.

2014/15 mövsümündə klubun U-17 komandasını çalışdıran 34 yaşlı mütəxəssis həm U-17 Liqası, həm kubokunun qalibi olub, “Qızıl dubl”a imza atıb. Quliyev əvəzedici komandanın “sükanı arxası”nda 3 il çalışan ispaniyalı Luis Araqonu əvəzləyib.

U-17-yə qədər “Qəbələ”nin U-12 komandasında da baş məşqçi olan Quliyevin yetirmələri 2013/14 mövsümünü gümüş mükafatla başa vurublar. O, 2014-cü ilin sonunda əsas komandada baş məşqçi vəzifəsini icra edən Sənan Qurbanovun köməkçisi kimi də fəaliyyət göstərib.

Quliyev futbolçu karyerasını da “qırmızı-qara” formada başa vurub. “Şəfa” (1997-1998, 2001-2002), “Bakı” (2000-2001, 2004-07), “Neftçi” (1997-1998, 2003-2004, 2007-08), “Olimpik” (2008-2009), “Standard” (2009-2010) klublarında çıxış edən sabiq müdafiəçi 2010-2011-ci illərdə “Qəbələ”nin şərəfini qoruyub. Bu müddətdə o, komandamızın heyətində 5 oyun keçirib. 2005-2008-ci illərdə Azərbaycan millisinin formasını geyinən müdafiəçi 18 matçda iştirak edib.

Hazırda Ərzurumda - əsas komandanın düşərgəsində olan Ramin Quliyev təyinatı ilə bağlı fikirlərini klub saytına açıqlayıb:

"Artıq üçüncü ildir ki, "Qəbələ"də çalışıram. Daha öncə akademiyanın U-12 və U-17 komandalarına rəhbərlik etmişəm. Artıq əvəzedici komandaya təyinatım rəsmiləşib. Bu isə daha böyük məsuliyyət deməkdir. Əsas komanda ilə birbaşa əlaqəli işləməli, akademiya və əsas komanda arasında möhkəm körpü rolunu oynamalıyıq. Hazırda əsas komandanın düşərgəsindəyəm. Bura gəlməkdə məqsəd əsas komandanın iş prinsipi, məşq proqramı və digər vacib məqamlarlarla əyani tanış olmaqdır. Məşqləri izləyir, lazımi qeydləri aparır və baş məşqçi Roman Qriqorçukdan məsləhətlər alıram. Məqsədimiz futbolçuların əvəzedici komandadan əsas komandaya keçərkən oyun planında çətinlik çəkməməsi, kollektivə tez uyğunlaşmasıdır. İnanıram ki, bu məsuliyyətin öhdəsindən layiqincə gələcəyəm və mənə olan inamı doğruldacağam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.