12 iyun 2015 18:45
Even Hovland: Azərbaycan ilə oyunumuz çox gərgin keçəcək
Norveç yığmasının müdafiəçisi Even Hovland AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Azərbaycan da Norveç kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyir. Çox gərgin mübarizə olacaq. Əlbəttə, biz qələbə qazanmağa borcluyuq. Amma bu, çox çətin olacaq. Axı indi asan oyun olmur".
