12 iyun 2015 16:00
Vobay Neftçidən şikayət etməyə hazırlaşır
"Neftçi"nin yarımmüdafiəçisi Julius Vobay paytaxt klubundan AFFA-ya şikayət etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu barədə o, Syerra Leone mətbuatına açıqlamasında məlumat verib.
Təcrübəli futbolçu bildirib ki, "Neftçi" 4 aydır onun nə maaşını, nə də mükafatlarını ödəyib. Vobay bu borcun tezliklə ödənilməyəcəyi halda AFFA-ya rəsmi şikayət ünvanlayacağını diqqətə çatdırıb.
