12 iyun 2015 15:00
Sxadadze Qazaxıstan və ya Səudiyyə Ərəbistanı klubunda oynaya bilər
"İnter"lə yollarını ayıran gürcü hücumçu Baçana Sxadadze hələ də karyerasını harada davam etdirəcəyini müəyyənləşdirməyib. Azerisport.az xəbər verir ki, hazırda ona bir sıra klubdan dəvət var.
Sxadadzeni hətta Qazaxıstan və Səudiyyə Ərəbistanı klubları da heyətində görmək istəyir. Amma "İnter"in sabiq forvardı hələ seçimini etməyib.
