12 iyun 2015 14:30
Beşiktaş Kamran Ağayev ilə maraqlanır
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyənin "Beşiktaş" klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, İstanbul klubu yenicə Şenol Günəşə tapşırılıb.
Yeni baş məşqçinin maraqlandığı qapıçılardan birinin də həmyerlimiz olduğu bildirilir. "Qara qartallar"ın yaxın günlərdə Ağayevə təklif göndərməsi gözlənilir.
