Elxan Məmmədov: Qazaxlar iyunda qarşılaşmağı təklif etsə də, biz klublarımızın maraqlarını nəzərə almalı olduq
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan yığmasının qarşıdakı yoxlama oyunları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Eşitmişəm ki, Qazaxıstan mətbuatı bu ölkənin yığması ilə Azərbaycan millisinin yoxlama oyunu keçirməsinin mümkünlüyündən yazıb. Həmin matçın iyunun 16-da keçirilməsi planlaşdırılr. Bu ayın əvvəlində Qazaxıstan Futbol Federasiyası bizə Almatıda qarşılaşmağı təklif etdi. Amma biz dərhal cavab yazdıq ki, bu matç futbol təqvimində yazılmayıb. Çünki klublar toplanışa start verirlər. Klubların da maraqlarını nəzərə almaq lazımdır. Ona görə Qazaxıstanla görüş gələn il keçiriləcək. Oyunu harada keçirməyin fərqi yoxdur. Sentyabr ayında iki oyunumuz var, biri evdə, digəri səfərdə. Yaxşı rəqib olsa, xaricə yollana bilərik".
