12 iyun 2015 11:15

Elxan Məmmədov: İstərdim ki, tək Nazarov yox, digər futbolçularımız da qol vursun

AFFA-nın baş katibi Elxan Məmmədovun azerisport.az saytına müsahibəsi

- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyundan nə gözləyirsiniz?
- Əlbəttə. Malta ilə son seçmə mərhələ oyununda futbolçularımız inamlı futbol sərgilədilər və vacib 3 xal qazandılar. Komanda Norveçlə oyuna da hazırdır. Ümid edirəm ki, növbəti üç xalımızı qazana biləcəyik.

- Standart vəziyyətlər Norveç yığmasının ən güclü tərəflərindən sayılır, bizdə isə əsas problemlərdən...
- Serbiya ilə oyunun nəticəsi heç kimi yanıltmasın. Yoxlama oyunları vacibdir, amma nəticə elə də önəm kəsb etmir. Baş məşqçi oyunçuları yoxlamağa çalışdı. Bununla o, rəsmi oyunda düzgün start heyətini müəyyənləşdirmək məqsədi güdürdü. Serbiyaya məğlubiyyətə baxmayaraq, rəsmi oyunda həm sərgilədiyimiz futbol, həm də nəticə fərqli olur.

- Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Kimdən qol gözləyirsiniz?
- Son oyunları yada salsaq, ağıla ilk gələn Dmitri Nazarovdur. Malta ilə oyunda o, rəqib qapısına gözəl qol vurdu. Amma digər futbolçularımızın da qol vurmasını istərdim.

- Norveç yığmasına çox güclü dəstək olacaq. Bəs bizim millini nə qədər azarkeş dəstəkləyəcək?
- 300 nəfər. Onların hamısı qonşu ölkələrdən gələnlərdir. Azərbaycanın Norveçdəki səfirliyi, eləcə də Mədəniyyət evi ilə əlaqə saxlamışıq, 300 bilet paylamışıq. Biletlərin hamısı AFFA-nın hesabına alınıb.

- Yığmamızın Norveçlə oyunda hansı üstünlüyü var?
- Rəqibin üstünlüyü sürətli futbol oynamağıdır. Bizim komandamız isə öz texnikasına görə rəqibi üstələyir. Bizim Bakıya yaxşı nəticə ilə qayıtmaq şansımız var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.