12 iyun 2015 00:30

Prosineçki: Biz ancaq Martin Edeqor barədə düşünməməliyik

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:

- 8 gündür tam heyətlə hazırlaşırıq. Hazırlıqdan razıyam. İnanıram ki, yaxşı oyun göstərə biləcəyik. Rəqibə hörmət edirik. Amma onlardan qorxmuruq. Zədəlimiz yoxdur. Uşaqlardan yaxşı oyun gözləyirəm.

- Standart vəziyyətlərdən çox qol buraxırıq. Buna necə hazırlaşmısınız?
- Serbiya ilə oyundan sonra futbolçularla söhbət etdim. Oyunumuzu analiz etdik, səhvlərimizi müzakirə etdik. Yenə də söhbətimiz olacaq. Başa düşürük ki, Norveç yığması da bu baxımdan güclüdürlər. Onlar bizdən daha ucaboydurlar. Komanda olaraq yaxşı oynasaq, konsentrasiyanı itirməsək, standart vəziyyətlərdən də qol buraxmarıq. Serbiya ilə oyunda komandamdan razı qaldım. Həmin oyunun birinci hissəsindəki kimi çıxış edə bilsək, müsbət nəticəyə nail olmağımız mümkündür.

- Sizin gəlişinizdən sonra komandamız daha çox uzaqdan zərbələrlə qol vurur. Sabah da bu, bizim əsas silahımız olacaq?
- Razıyam. Dmitri Nazarov son oyunlarda vacib qollar vurub. Malta və Serbiyanın qapısına yol tapıb. Onun "Karlsrue"nin heyətində "Hamburq"a qarşı oyunlarını da izlədim. Komandasının ən yaxşılarından idi. Ümid edirəm ki, onun Norveçlə oyunda da belə şansları olacaq. Amma əsas kimin qol vurması yox, komanda olaraq necə çıxış etməyimizdir. Biz yüksək səviyyəli oyun sərgiləyə bilirik və növbəti oyunda bir daha bunu bacarmaq lazımdır.

- Güclü hücumçu çatışmazlığının yaşandığı bir vaxtda Nurlan Novruzovu niyə milliyə dəvət etmirsiniz?
- Mən artıq bu suala cavab vermişəm və təkrarçılığa yol vermək istəmirəm. Hətta bir neçə dəfə cavablamışam. Qol vurmağı bacaran futbolçular hər bir komanda üçün vacibdir. Amma mən onu öz oyun sistemimdə görmürəm.

- O, niyə sizin oyun sisteminizə uyğun deyil ki?
- Norveçlə oyun bizim üçün çox vacibdir. Bu oyundan sonra bu barədə də danışarıq. Malta ilə oyundan öncə "Neftçi"nin futbolçularından çox danışılırdı. İndi də Nurlan Novruzovdan çox sual verirsiniz.

- Martin Edeqora xüsusi diqqət ayıracaqsınız? Ümumiyyətlə, Norveç yığmasının heyətində kimləri qeyd edə bilərsiniz?
- Rəqibimiz zəif komanda deyil. Almaniya, İngiltərə və İspaniya çempionatlarında oynayan güclü futbolçuları var. Hər bir futbolçuları önəmlidir. Amma biz təkcə Edeqor barədə düşünməməliyik. Başqa oyunçuları da təhlükəlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.