12 iyun 2015 00:10
Rahid Əmirquliyev: Yaxşı nəticə qazanmağa çalışacağıq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"ın təcrübəli futbolçusu bunları söyləyib:
"Komanda olaraq yaxşı nəticəyə inanırıq. Norveçi yaxşı analiz etmişik. Müsbət nəticə qazanmağa çalışacağıq".
