12 iyun 2015 00:05

Azərbaycan yığması üçün Norveç sınağı

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki altıncı oyununda Norveçin qonağı olacaq.

Qeyd edək ki, Norveç Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz bundan əvvəl sözügedən komanda ilə bir dəfə də seçmə mərhələdə eyni qrupda mübarizə aparıb. Bu, DÇ-98-in seçmə mərhələsinə təsadüf edib. Həmin vaxt - 1996-cı ilin iyun ayının 2-də Osloda baş tutan qarşılaşmada Kazbek Tuayevin rəhbərlik etdiyi millimiz biabırçı məğlubiyyətlə üzləşmişdi - 0:5. 1997-ci ilin 6 sentyabrında Bakıdakı cavab qarşılaşmasında isə futbolçularımız nisbətən normal nəticə ilə məğlub olmuşdular - 0:1. Elə bu tsiklə təsadüf edən ilk qarşılaşma da yığmamız üçün uğursuz alınıb. Ötən il noyabrın 16-da keçirilmiş görüşdə skandinaviyalılar Bakıda minimal hesablı qələbəyə seviniblər. Bir sözlə, 18 il sonra yenidən millimizin yoluna çıxan norveçlilərlə duellərdə üstünlük tam olaraq rəqibin tərəfindədir. Yığmamız bu komandaya heç qol da vura bilməyib.

Norveç yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 64-cü yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə - 115-ci pillədə qərarlaşıb. Dünya və Avropa çempionatlarının iştirakçısı olmuş rəqibimiz kifayət qədər güclü komandadır.

Norveç millisinə yerli mütəxəssis Per-Matias Heqmo başçılıq edir. 55 yaşlı məşqçi 2013-cü ildən etibarən bu yığmanı çalışdırır. 1989-cu ildən məşqçilik edən mütəxəssis ölkəsinin əksər klubları ilə yanaşı, aşağı yaş qruplarından ibarət yığmalarında da işləyib.

Göründüyü kimi, yığmamızı növbəti matçında da çox güclü rəqib gözləyir. Millimiz startda Bolqarıstana (1:2) evdə, İtaliya (1:2) və Xorvatiyaya (0:6) səfərdə məğlub olarkən (1:2), Norveçlə Bakıdakı görüşdə də minimal hesablı məğlubiyyətlə üzləşib - 0:1. Yalnız Maltaya qalib gələn (2:0) futbolçularımızla müqayisədə, Norveçin daha uğurlu çıxış etdiyini qeyd etmək olar. Bu komanda tsiklin əvvəlki beş oyunundan üç qələbə, iki məğlubiyyətlə ayrılıb. Doğma meydanda İtaliyaya 2 cavabsız qolla məğlub olan bu komanda daha sonra Maltaya (3:0), Bolqarıstana (2:1) və Azərbaycana (1:0) qalib gəlib. Xorvatiya ilə son qarşılaşma isə norveçlilər üçün uğursuz alınıb - 1:5. Ümid edək ki, bu komandaya növbəti uğursuzluğu məhz millimiz yaşadacaq.

Norveçlilər doğma meydanda qarşılaşacağı millimizlə görüşdə də aşkar favoritdirlər. Azərbaycan yığmasının Osloda hətta 1 xal qazanması da uğur kimi qiymətləndiriləcək. Bir neçə gün öncə Avstriyada Serbiyaya qarşı keçirdiyi yoxlama oyununda darmadağınla üzləşən (1:4) futbolçularımız komandadakı atmosferi yaxşılaşdırmaq üçün Osloda əlindən gələni edib, azarkeşləri sevindirməlidirlər. Bununla həm də baş məşqçi Robert Prosineçkiyə qarşı tənqidlərin sayı azalmış olar. Üstəlik, millimizin qrupda 3-cü yeri tutmaq üçün şansı qalır ki, bunun üçün hazırda həmin pilləni tutan Norveçi səfər oyununda yenmək lazımdır. Skandinavlar Bakıda olduğu kimi, Osloda da bizə qalib gəlsələr, qrupda 3-cü olmaq şansımız, demək olar, qalmayacaq. Çünki Norveçlə xallarımız bərabər olarsa, rəqib şəxsi oyunlardakı nəticələrə görə bizdən üstün olacaq.

Norveçlə oyun Azərbaycan millisinin 2015-ci ildə 4-cü oyunu olacaq. Yığmamız bu il ikinci rəsmi oyununa çıxır. Əvvəlki rəsmi oyunda yığmamız Bakıda Maltaya qalib gəlib - 2:0. Digər iki oyun isə yoxlama görüşləridir. Fevralın 24-də Antalyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə bitmişdi. Serblərlə bir neçə gün öncəyə təsadüf edən qarşılaşma isə böyük hesablı məğlubiyyətlə bitdi - 1:4.

Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 214-cü matçına çıxacaq. İndiyəqədərki oyunların 39-da qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 118 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 151 qol vurduğumuz halda, öz qapımızdan 367 top çıxarmışıq.

AÇ-2016-nın seçmə mərhələsi
H qrupu

12 iyun

23:45. Norveç - Azərbaycan
Baş hakim: Pavel Gil (Polşa).
Oslo. "Ulleval" stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.