12 iyun 2015 00:00

Vitali Vernidub: Yerimdə saymağı xoşlamıram

"Qəbələ"yə gəldiyimə görə çox şadam. İnanıram ki, yeni komandamda inkişaf edəcək və onun hədəflərinə çatmasında yardımçı olacağam. "Qəbələ" gələcək üçün böyük planları olan, yaxşı təşkilatlanmış komandadır. Mən də bir futbolçu kimi yerimdə saymağı xoşlamıram. Birlikdə uğurlar qazanacağımıza inamım böyükdür".

Azerisport.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni futbolçusu Vitali Vernidub klub saytına açıqlamasında deyib. Ukraynalı müdafiəçi "qırmızı-qaralar"ı seçməsində baş məşqçi Roman Qriqorçukun böyük rol oynadığını bildirib. Vernidub qarşıda "Qəbələ"ni gözləyən Avroliqa sınağı barədə fikirlərini də açıqlayıb:

"Qəbələnin kiçik, amma çox gözəl şəhər olduğunu bilirəm. Orda hər cür şəraitə malik bazanın yaradıldığından xəbərdaram. "Qəbələ"ni seçməkdə baş məşqçi Roman Qriqorçukun böyük rolu oldu. Daha öncə Zaparojye "Metallurq"unda yollarımız kəsişmişdi. Bir müddət onun rəhbərliyi altında çıxış etmişəm və onun bir məşqçi kimi gücünə bələdəm. Komandada ukraynalı futbolçuların da olması kollektivə tez uyğunlaşmağıma yardımçı olacaq. Qarşıda bizi Avropa Liqası sınağı gözləyir. Söhbət Avropa miqyaslı turnirdən gedirsə, deməli oyunlar çox məsuliyyətli və çətin olacaq. Bunu kollektiv olaraq yaxşı başa düşürük. Gücümüzü bir yerə qoyub səylə məşq edirik ki, sözügedən turnirdə mümkün qədər irəli gedək. Azarkeşlərimizin də bu yolda bizə dəstək olacağına inanıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.