11 iyun 2015 23:50
Rəşad Sadıqov: Avropa Oyunlarının açılışından sonra hamı bizim oyunumuza baxacaq
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın təcrübəli müdafiəçisi bunları söyləyib:
"Mövsümün sonu olmasına, hamımız yorğun olmağımıza baxmayaraq, komandada yaxşı atmosfer var. Hamı başa düşür ki, bu oyun bizim üçün çox vacibdir. Sabah Avropa Oyunları start götürür. Bu turnirin açılışından sonra hamı bizim oyunumuza baxacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Çətin olacaq. Amma biz öz gücümüzə inanırıq. Ümid edirəm ki, yaxşı nəticə ilə qayıdacağıq".
