11 iyun 2015 23:30
Robert Prosineçki: Norveç yığmasından qorxmuruq
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bunları söyləyib:
"8 gündür ki, tam heyətlə məşq edirik. Hazırlıqdan razıyam. İnanıram ki, yaxşı oyun sərgiləyəcəyik. Rəqibə hörmət edirik, amma qorxmuruq. Zədəli futbolçumuz yoxdur. Uşaqlardan yaxşı futbol gözləyirəm".
