11 iyun 2015 21:40
Oryan Niland: Azərbaycan yığması yaxşı top saxlamağı bacarır
Norveç yığmasının qapıçısı Oryan Niland AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Əlbəttə, gərgin oyun gözlənilir. Azərbaycan yığması ciddi komandadır. Onlar yaxşı top saxlamağı bacarırlar. Çox çətin oyun olacaq. Ümid edirəm ki, İsveçlə qarşılaşma ilə müqayisədə daha yaxşı futbol sərgiləyəcəyik".
