11 iyun 2015 21:30

Per-Matias Heqmo: Azərbaycan ilə oyun üçün yaxşı planımız var

Norveç yığmasının baş məşqçisi Per-Matias Heqmo AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Stefan Yohansen və Martin Edeqor İsveçlə qarşılaşmada yaxşı oyun sərgilədilər. İstərdim ki, isveçlilərlə görüşlə müqayisədə sabahkı oyunda çoxlu qol görüm. Komandamızda qol vurmağa qadir çox oyunçu var. Təkcə Edeqordan yox, hücumçularımızdan da qollar gözləyirəm".

Heqmo Azərbaycan yığmasından da danışıb: "Müdafiədə çox diqqətli olmalıyıq. Azərbaycan yığması hücumda yaxşı oynamağa qadirdir. Daha çox təkbətək mübarizələrə üstünlük verəcəyik. Uduzmamalıyıq. Çünki qələbəyə köklənmişik".

Norveçlilərin çalışdırıcısı millimizin Serbiya ilə yoxlama oyununa da (1:4) toxunub: "Serblərlə oyunda gördüm ki, Robert Prosineçki Azərbaycan yığmasında komanda oyununu aşılayır. Onların futbolçuları yaxşı top saxlayırlar və hücumda çox təhlükəlidirlər".

"Azərbaycan yığması bizimlə Bakıdakı oyunla müqayisədə indi daha yaxşı təsir bağışlayır. Komandada baş məşqçi dəyişikliyi də olub. Üstəlik, stadionun qazonu da keyfiyyətli deyildi. Cavab oyununda nə baş verəcəyini proqnozlaşdırmaq çətindir. Amma heyətimizdə yaxşı formada olan 23 futbolçu var. Ümid edirəm ki, bu, qələbə üçün yetərli olacaq".

Heqmo heyəti demək olar ki, müəyyənləşdirdiyini bildirib: "Amma hələ adları açıqlamaq istəmirəm. Bu matç üçün yaxşı planımız var. Hətta B və C planlarımız da var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.