11 iyun 2015 20:10
Çeran: Xəzər Lənkəran ilə müqavilə imzalamağa tələsmirəm
"Simurq"un sabiq hücumçusu Draqan Çeran "Xəzər Lənkəran"a keçəcəyi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Doğrudan da belə söhbət var. Amma mən hələ "Xəzər Lənkəran"dan dəqiq cavab almamışam. Hər şey dəqiqləşən kimi, yəqin ki, siz də eşidəcəksiniz. Mümkündür ki, yaxın günlərdə cənublularla müqavilə imzalayım. Amma mən hələ qərar verməyə tələsmirəm. Çünki Azərbaycan klublarında növbəti mövsümdə də maliyyə problemi olacağını düşünürəm".
