11 iyun 2015 19:00

"Avropa Liqasında da tarixə düşmək istərdim"

"Qəbələ"nin “Bakı” ilə oyununun 56-cı dəqiqəsində əlamətdar hadisə baş verib. Azerisport.az xəbər verir ki, əvəzedici heyətdən cəlb olunan Qismət Alıyev əsas komandada rəsmən debüt edib.

“Qəbələ”nin tarixində ən gənc debütantlardan (18 yaş 7 ay 3 günlük) olan Alıyev təəssüratlarını "Qəbələ" İK ilə bölüşüb: “Roman Qriqorçuk məni hələ qış fasiləsində əsas komandaya cəlb edəndə oynatmaq fikri vardı. Mən də böyük həvəslə məşq edir, həmin anı gözləyirdim. Qriqorçuk son matçlarda adımı “18-liy”ə salırdı. “Bakı” ilə oyundan da əvvəl düşünürdüm ki, sonuncı oyundur, bəlkə şans verər. Ancaq əmin deyildim. Ehtiyat oyunçular skamyasında əyləşib matçı izləyirdim. Birdən Qriqorçuk mənə dedi ki, qalx, hazırlaş, oyuna girəcəksən. Bu, mənim üçün gözəl şans idi və ondan istifadə etməyə çalışdım”.

Tarixi matçda debüt etmək, demə, Qismətin qismətində imiş. Debüt gənc futbolçu üçün həm də ona görə əlamətdar olub ki, komandasına bürünc medallar verilən matçda oynayıb: “Sevindirici hal həm də odur ki, baş məşqçi bürünc medal qazandığımız oyunda mənə şans verdi. Məncə, pis oynamadım. Açığı, meydana daxil olanda bir az həyəcan vardı. Ancaq çox keçmədən həyəcanı unutdum. Peşəkar, təcrübəli futbolçuların əhatəsində idim və onlarla meydanda olduğum müddətdə çox şey götürdüm”.

1996-cı il təvəllüdlü yarımmüdafiəçi yeni başladığı peşəkar karyerasında qazandığı ilk mükafata böyük önəm verdiyini bildirib: “Doğrudur, aşağı yaş qruplarında, əvəzedicilərdə də medal qazanmışam. Ancaq uşaq futbolunda bunun asan olduğunu deyirdik. Çünki həqiqətən, bir çox komandalardan güclü idik və bilirdik ki, mövsümün sonunda mükafatçı olacağıq. Ancaq əsas komandayla 3-cü yeri tutmaq mənim üçün tam fərqli məqamdır. Buna görə də, məncə bu bürünc medal kolleksiyamda ən dəyərli mükafatdır”.

Akademiyanın yetirməsi olan Alıyev “Bakı”yla matçda əvəzlədiyi, akademiyanın digər yetirməsi Elvin Camalov kimi əsas komandada möhkəmlənmək istəyir: “Başqa klublarda debüt edən, oynayan gənc futbolçulara, yığmadakı komanda yoldaşlarımıza həsədlə baxırdıq. Biz də oynamaq, onlardan geri qalmamaq istəyirdik. Qoy akademiyamızdan çıxan futbolçular görsünlər ki, əsas komandaya düşmək çətin deyil. Sadəcə, öz üzərində çox işləsən, buna nail ola bilərsən. Təbii ki, məsuliyyət böyükdür. Xeyli müddətdir əsas komandanın düşərgəsindəyəm və əvəzedici heyətə qayıtmaq istəmirəm. Buna görə də əsas komandada möhkəmlənmək üçün əlimdən gələni edirəm. Ən böyük arzlarımdan biri “Qəbələ”nin heyətində avrokuboklarda oynamaqdır. Əsas komandamızda oynayan 1996-cı il təvəllüdlü ilk futbolçu mən oldum və qarşıdakı Avropa Liqasında da tarixə düşmək istərdim”.

Qeyd edək ki, əsas komandanın tarixində debüt edən ən gənc futbolçu digər yarımmüdafiəçi – Elnur Mustafazadə olub. Əvəzedici heyətin üzvü 2011/12 mövsümündə - aprelin 29-da “Bakı” ilə oyuna 16 yaş 7 ay 25 günlüyündə çıxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.